Bakı Fond Birjasında (BFB) "BOKT Embafinans" MMC-nin AZ2004020601 ISIN-li, 1 mln. manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən ONA-ya verilə məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1 000 manat olub. 2 investor tərəfindən 2 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 mln. manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 29 aprel 2020-ci ildir.