• İQTİSADİYYAT

    12:47 23 aprel 2019

Böyük Britaniyanın infrastrukturun bərpası şirkəti Azərbaycanda filialını bağlayır

Böyük Britaniyanın “Aegion Corrosion Protection” şirkəti Azərbaycandakı filialının ləğv olunmasını elan edib.

ONA-nın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar 2 ay ərzində tələbini Bakı şəhər, Xətai rayonu, Xocalı prospekti 37, "Demirchi Tower", 16-cı mərtəbə ünvanına və ya [email protected] elektron ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 1971-ci ildən su, enerji, mədənçilik və emal sənayesi infrastrukturunun bərpası üçün həllər təklif edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR