• İQTİSADİYYAT

    12:04 3 aprel 2019

BP AÇG-də “ExxonMobil” və “Chevron” şirkətlərinin paylarını almaq niyyətindədir

BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində “ExxonMobil” və “Chevron” şirkətlərinin paylarını almaq niyyətindədir. ONA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu BP-nin rəhbəri Robert Dadli bildirib.

Onun sözlərinə görə, BP AÇG layihəsində iştirakından məmnundur, lakin sözügedən layihədə iştirak payının artırılması imkanı yaransa şirkət bundan yararlanacaq: “Hər şey qiymətdən asılı olacaq”.

Hazırda “ExxonMobil” və “Chevron” şirkətləri müvafiq qiymətləndirmə işlərini aparır və paylarının satmasına dair tender elan etməyiblər.

Qeyd edək ki, BP AÇG layihəsinin operatoru qismində çıxış edir. Hazırda şirkəti bu layihədəki payı 30,37% təşkil edir. Layihənin digər iştirakçıları isə SOCAR (25%), “Chevron” (9,57%), “ExxonMobil” (6,79%) ONGC (2,31%), “Inpex Corp.” (9,31%), “Itochu Oil” (3,65%), “Statoil” (7,27%) və TPAO (5,73%) şirkətləridir.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR