BP şirkəti gələn ilin axırımadək Xəzərin Azərbaycan sektorunda 4 kəşfiyyat quyusunun qazmasını planlaşdırır. ONA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, quyulardan biri “Şəfəq-Asiman” perspektiv strukturunda, qalan üçü isə dayazsulu “Abşeron” (SWAP) strukturunda qazılacaq.
“”Şəfəq-Asiman” strukturunda qazma işlərinə bu ilin dördüncü rübündə başlayacağı gözlənilir”, - deyə B. Aslanbeyli qeyd etdi.
“Şəfəq-Asiman” strukturunda qaz, SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.