• İQTİSADİYYAT

    13:17 30 may 2019

BP: Azərbaycanda neft və qazın istehsalı sahəsində böyük imkanlar mövcuddur

Azərbaycanda yaradılan investisiyaların qorunması və əminlik mühiti böyük şirkətlər tərəfindən arxayınlıqla ölkəyə milyardlarla dollar sərmayələr yatırıblar.

ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

Onun sözlərinə görə, şirkətin əsas strategiyası neft və qazın istehsalını davam etdirməkdir ki, Azərbaycanda bunun üçün böyük imkanlar mövcuddur.

"Xüsusi ilə də bizim çox böyük geoloji kəşfiyyat layihələrimiz var. Bunların arasında həm neft, həm də qaz hasilatı gözlənilir. Uğur bizim tərəfimizdə olarsa, “Azəri-Çıraq-Günəşli” və "Şahdəniz" miqyasında potensial görürük. Biz bu layihələri inkişaf etdirəcəyik və əminik ki, Xəzərdə bundan sonrada dünya səviyyəli ehtiyatlar olacaq", - deyə Q. Cons qeyd edib.

O həmçinin bildirib ki, şirkətin bu regiona böyük etimadı, etibarı və inamı var və BP qarşıda duran vəzifələrin öhdəsindən gəlməyə hazırdır.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR