• İQTİSADİYYAT

    14:43 29 may 2019

BP Azərbaycanda seysmik tədqiqatlar aparacaq  

BP şirkəti 2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat proqramı çərçivəsində seysmik tədqiqat işlərinə başlamağı planlaşdırır.

ONA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

“Bu, maraqlı bir layihələrdən biridir. D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur”,- deyə B. Aslanbəyli söyləyib.

Onun sözlərinə görə, şirkət D-230 kəşfiyyat blokuna böyük ümidlər bağlayır.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR