BP, SOCAR və “Uzbeknefteqaz” şirkətləri arasında Aral dənizinin investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasına dair saziş imzalanıb.
ONA-nın Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, sənədə əsasən, geoloji-kəşfiyyat işləri Aral dənizinin Özbəkistan akvatoriyası hissəsində, həmçinin Üstyurd regionun Samsk-Kosbulaq və Bayterek investisiya bloklarında aparılacaq.
İşlər tərəflər arasında razılaşdırılmış cədvələ uyğun mərhələli şəkildə aparılacaq.