Bu ilin birinci rübündə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 0,8 mln. ABŞ dolları məbləğində vəsait xərcləyiblər.
"BP-Azerbaijan" şirkətindən ONA-ya verilən məlumata görə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2019-cu ilin birinci rübündə 0,14 mln. dollar vəsait xərcləyib.
Şirkətdən həmçinin bildirib ki, ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.