Aprelin 25-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,70% artaraq 1 barelə görə 74,95 dollar təşkil edib.
ONA-nın məlumatına görə, aprelin 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1% azalaraq 65,21 dollar təşkil edib.