ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1,27% artaraq 1 barelə görə 57,3 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,17% artaraq 53,83 dollar təşkil edib.
Xatırladaq ki, "Saxo Bank"ın proqnozlarına görə, cari ilin ikinci yarısında neftin qiyməti 60 dollara çatacaq.