Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 10,5 mln. ton neft nəql edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 1,3% azdır.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, hesabat dövründə BTC kəməri ilə 1,52 mln. ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 24,2% azdır.
"Magistral neft kəmərləri ilə 12 950,1 min ton neft nəql edilib. Nəqletmənin 81% Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 483,7 min ton neft ötürülüb", - deyə Komitədən bildirilib.