"Azərişıq" ASC Nardaran, Bilgəh və Buzovna (Albalıq yashayısh sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırır.
ASC-dən ONA-ya verilən məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yarana bilər.
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.