Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100973S seriyalı, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən ONA-ya verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,4388 AZN (7,26%) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 853 510 100 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99,4388 AZN (7,26%), orta ölçülmüş qiyməti 99,4388 AZN (7,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 300 000 000 AZN təşkil edib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin martın 27-də icra olunacaq.