• İQTİSADİYYAT

    13:54 4 may 2019

Azərbaycanda bu il 1 600-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə 1 610 nəfər özünüməşğulluq proqramına cəlb edilib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, onların əksəriyyəti əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplardan olanlardır.

Proqrama cəlb edilənlər üçün bir aylıq təlimlər keçirilir. Təlimlərdə iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.

Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün mal və material formasında aktivlərlə təmin ediləcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR