Bu ilin ilk dörd ayı ərzində “ASAN Visa” sistemi vasitəsilə 270 minə yaxın viza verilib.
ONA-nın xəbərinə görə, bunu “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, bu göstərici sözügedən sistem üzərindən 2017-ci il üzrə ümumilikdə verilən vizaların sayını üstələyir: "2018-ci ildə bu sistem vasitəsilə 685 min viza verilib. Ümumilikdə isə “ASAN Visa” sistemi vasitəsilə 2017-ci ildən bəri 1,3 milyona yaxın viza verilib".