Bu il Azərbaycanda özünəməşğulluq proqramına 7 min nəfər cəlb olunacaq
  • İQTİSADİYYAT

  • 16:29 21 May 2019

Bu il Azərbaycanda özünəməşğulluq proqramına 7 min nəfər cəlb olunacaq

Bu il Azərbaycanda özünəməşğulluq proqramına 7 min şəxsin cəlb olunması təmin ediləcək.

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Menecment və İnnovasiya Forumunda çıxış edən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, 2018-ci ildə özünəməşğulluq proqramı 6,5 dəfə genişləndirilərək 7,3 min şəxsi əhatə edib və onlardan artıq 6 mini aktivlərə təmin olunaraq kiçik ailə təsərrüfatını yaradıb.

"Ölkənin əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin olunması, əmək məhsuldarlığının yüksəldilməsi və bununla da milli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədilə Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirdiyi sosial müdafiənin inkişafı layihəsi çərçivəsində 300-dən çox peşə standartları hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdiriləcək və iqtisadiyyatın real sektorun tələblərinə uyğun daha 300 peşə standartın hazırlanması təmin olunacaq", - deyə nazir müavini bildirib.

OXŞAR XƏBƏRLƏR