2019-cu ilin ilk iki ayında magistral neft kəmərləri ilə 6459,6 min ton neft nəql edilib.
ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 81,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5247,9 min ton neft ötürülüb. Hesabat dövründə BTC kəməri ilə 752,7 min ton tranzit nefti də nəql edilib.