• İQTİSADİYYAT

    13:45 29 may 2019

Bu il Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 13 mlrd. manat təşkil edib

Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 13 mlrd. manat təşkil edib ki, sözügedən göstərici ötən ilin analoji dövrü ilə müqayisədə dəyişməyib.

ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 81,6%-i mədənçıxarma, 16,2%-i emal, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,2% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2019-cu il vəziyyətinə 245 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 45,8 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR