• İQTİSADİYYAT

    10:19 16 mart 2019

Bu il 12 mln. dollarlıq ət, 16 mln. dollarlıq tütün məhsulu idxal olunub

Bu ilin ilk iki ayı ərzində Azərbaycana xarici ölkələrdən 2 165 811 min dollarlıq məhsul idxal olunub.

İdxal olunan malların 0.77% - (16 mln 572 min dollarlıq) tütün və tütün məmulatları olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27% çoxdur. ONA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxalında ən çox artım olan yeyinti məhsullarından biri ət məhsullarıdır. Belə ki, ötən ilin ilk iki ayı ərzində 5 862 ton (8 mln 789 min dollarlıq) mal idaxl olunduğu halda 2019-cu ilin ilk iki ayı ərzində bu rəqəm 9 140 tona qədər artıb. Məhsulun ümumi dəyəri isə 43% artaraq 12 mln 615 min dollar təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR