• İQTİSADİYYAT

    16:06 28 mart 2019

Azərbaycanda bayram günlərində hotellərin doluluq səviyyəsi iki dəfə az olub

Yenicə geridə qoyduğumuz Novruz bayramı günlərində Azərbaycanda hotellərin vəziyyəti elə də ürəkaçan olmayıb. Daha dəqiq desək, ölkədə hotellərin əksəriyyətinin turistsiz bayram keçirdiyi bildirilir. Bu barədə ONA-ya Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, hotellərin doluluq səviyyəsi gözləniləndən az olub. Son iki illə müqayisdə bu il Novruz bayramında hotellərin doluluq səviyyəsi olduqca aşağı düşüb.

Samir Dübəndinin qeyd edib ki, ötən iki il ərzində Novruz bayramında hotellərdə doluluq səviyyəsi 70-100% arasında dəyişib. Bu il isə bu rəqəmin iki dəfə az olduğu bildirilir.

Gələn turitslər isə həmişəki kimi Bakı, Quba-Qusar və Şəki-Qəbələni regionlarını seçiblər.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR