• İQTİSADİYYAT

    16:11 24 aprel 2019

Bu il Rusiyadan Azərbaycana 167 mindən çox turist gəlib

Bu ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana 167 mindən çox turist gəlib.

ONA-nın məlumatına görə, bunu Yekatirinburqda keçirilən “Bolşoy Ural-2019” VII Beynəlxalq Turizm Forumunda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. İlin əvvəlindən başlayaraq Azərbaycan artıq Rusiyada bir neçə beynəlxalq və regional əhəmiyyətli tədbirlərdə, həmçinin “MİTT 2019” – “Moskva Beynəlxalq Turizm Sərgisin”də iştirak edib, turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib. 2018-ci ilin dekabrından etibarən isə Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.

Azərbaycanın geniş turizm potensialından danışan Agentlik sədri çıxışında bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən “Formula 1”, UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərir və şərab festivallarında iştirak edirlər.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR