• İQTİSADİYYAT

    14:32 5 aprel 2019

Azərbaycanda sığorta şirkətləri 133 mln. manata yaxın sığorta haqları toplayıblar

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 132,8 mln. manat məbləğində sığorta haqları toplanıb, 33,1 mln. manat məbləğində isə sığorta ödənişləri həyata keçirilib. Ötən ilin analoji dövrü ilə müqayisədə toplanan sığorta haqlarının həcmi 2,1% artıb, sığorta ödənişlərinin həcmi isə 18,2% azalıb.

ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 103,9 mln. manat, ödənişlər isə 21,3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 28,9 mln. manat, ödənişlər isə 11,8 mln. manat olub.

Cari ilin yanvar-fevral aylarında sektor üzrə məcmu sığorta haqlarının 78,2%-i könüllü, 21,8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64,4%-i könüllü, 35,6%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR