• İQTİSADİYYAT

    12:13 8 may 2019

Bu il Sumqayıtda 460 milyon manatlıq məhsul istehsal edilib

"Bu ilin birinci rübündə Sumqayıtda ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 40 milyon manat artaraq 460 milyon manatdan çox olub".

ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Sumqayıtda 2019-cu ilin birinci rübünün yekunları ilə bağlı keçirilən hesabat yığıncağında bildirilib.

Qeyd olunub ki, sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz çoxdur.

Vurğulanıb ki, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılan, ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulub, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatıb. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR