• İQTİSADİYYAT

    16:06 13 may 2019

Bu ilin birinci rübündə AÇG-dən 7 mln. ton neft hasil edilib

Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

ONA-nın BP-yə istinadən verdiyi məlumata görə, birincü rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (43 000), “Mərkəzi Azəri” (146 000), “Qərbi Azəri” (128 000), “Şərqi Azəri” (100 000), “Dərinsulu Günəşli” (96 000) və “Qərbi Çıraq” (58 000) platformalarından birlikdə – gündə orta hesabla 571 000 barel və ya ümumilikdə təqribən 52 milyon barel, yəni, 7 milyon ton olub.

Birinci rübün sonunda AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Birinci rübdə AÇG-də 4 neft hasilat quyusu qazılıb.

Bundan başqa, rüb ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,2 milyon kubmetr, ümumilikdə isə 0,5 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR