• İQTİSADİYYAT

    15:52 13 may 2019

Bu ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 280 mln. dollara yaxın vəsait xərclənib

Bu ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 138 mln. ABŞ dolları əməliyyat məsrəfləri və 279 mln. dollar əsaslı məsrəflər xərclənib.

ONA-nın “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (AMŞ) layihəsinə sanksiya verildi. 6 mlrd. dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 mln. barelə qədər neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

Qeyd edək ki, Hazırda AÇG-də iştirak edən şirkətlərin payı: BP (operator – 30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Ltd.” (OVL) (2,31%).

ONA

Teqlər:

SON XƏBƏRLƏR