• İQTİSADİYYAT

    18:26 1 mart 2019

Bu ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.3% artıb

Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 yanvar 2019-cu il tarixinə 29,602.9 mln. manat, cəmi öhdəlikləri isə 25,485.6 mln. manat təşkil edib.

ONA Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sektorun balans kapitalı 4,117.3 mln. manat olub. 2019-cu ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.3% (100.4 mln. manat), öhdəlikləri 0.2% (55.0 mln. manat), balans kapitalı isə 1.1% (45.4 mln. manat) artıb. Bankların kredit portfeli 12,541 mln. manat təşkil edib.

2019-ci ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 7,980.7 mln. manat təşkil edib. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan müddətli əmanətlər 0.4% (21.1 mln. manat) artaraq 5,500.1 mln. manat olub.

Yanvar ayında bankların əməliyyat mənfəəti 78.2 mln. manat, xalis mənfəəti isə 42.6 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 510 olub. Bank sektorunun işçi heyətinin sayında artım yanvar ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin ilk ayında işçi sayı 1.0% (173 nəfər) artaraq 17 588 nəfər təşkil edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR