Bu ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4069,1 min ton, yük dövriyyəsi isə 828,2 mln. ton/km olub.
ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 2685 min tonu və ya 66%-i avtomobil nəqliyyatı, 957,7 min tonu və ya 23,5%-i dəmir yolu nəqliyyatı, 426,4 min tonu və ya 10,5%-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,5%-i və ya 590,9 min tonunu tranzit yüklər təşkil edib.