• İQTİSADİYYAT

    14:02 18 mart 2019

Buğda idxalı, un istehsalı və satışı 2020-ci ildə vergidən azad olunacaq

Buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad ediləcək.

ONA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Vergilər Məcəlləsinə əsasən, buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha 1 il artırılır. Başqa sözlə, gələn il də buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı vergidən azad olacaq.

Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR