• İQTİSADİYYAT

    16:37 13 mart 2019

“Buta Airways” Ukraynanın iki şəhərinə birbaşa reyslər açacaq

Bu ilin may ayında “Buta Airways” şirkəti Ukraynanın iki şəhərinə birbaşa reyslər açacaq.

Aviaşirkətdən ONA-ya verilən məlumata görə, söhbət Xarkov və Odessa şəhərlərindən gedir: “Xarkova istiqamətinə uçuşlar mayın 3-dən, Odessaya isə mayın 16-dan etibarən başlanacaq. Bakı-Xarkov reysi üzrə uçuşlar hər həftənin II və V günləri saat 10:05-də, Odessaya isə həftənin IV və VII günləri saat 7:15-də yerinə yetiriləcək”.

Aviaşirkətdən onu da bildiriblər ki, hər bir şəhərə aviabiletin minimal qiyməti 110 manat, hər iki istiqamət üzrə isə 168 manat təşkil edir. Qiymətə yalnız 10 kq baqaj və əl çantası daxildir.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR