• İQTİSADİYYAT

    10:21 12 aprel 2021

BVF: Azərbaycanın neft ÜDM-i bu il 0,2%, qeyri-neft ÜDM-i isə 3,5% artacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda neft ÜDM-i 0,2% artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Bu, keçən ilin oktyabr ayında verilən proqnozla müqayisədə dəyişməz olaraq qalıb. 2022-ci ildə də həmçinin 0,2%-lik artım gözlənilir. BVF bildirir ki, "OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılması Azərbaycandakı iqtisadi aktivliyə zəif mənfi təsir göstərəcək.

Bundan başqa, Fondun proqnozlarına görə, Azərbaycanın qeyri-neft ÜDM-i bu il 3,5% (oktyabr proqnozu – 3% artım), 2022-ci ildə isə 2,5% artacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda neft ÜDM-i 7,2% azalaraq 21,640 mlrd. manat, qeyri-neft ÜDM-i isə 2,6% azalaraq 50,793 mlrd. manat təşkil edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR