• İQTİSADİYYAT

    13:43 19 aprel 2019

Azərbaycanın icmal büdcəsinin gəlirləri artıb, xərcləri isə azalıb

Bu ilin birinci rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 9 192,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 129,2 mln. manat və ya 30,1% çoxdur.

ONA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə icmal büdcənin xərcləri 5 076,9 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 319 mln. manat və ya 6,7% azdır.

Nəticədə, icmal büdcədə 4 115,3 mln. manat profisit yaranıb.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR