Bakıda "Kənddən Şəhərə" brendi altında 10 yeni market açılacaq
  • İQTİSADİYYAT

  • 14:55 14 May 2019

Bakıda "Kənddən Şəhərə" brendi altında 10 yeni market açılacaq

Bu il ərzində Bakıda "Kənddən Şəhərə" brendi altında 10 yeni market açılacaq.

ONA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, bu brend ölkədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən tətbiq edilir.

"Şirkətin bu təşəbbüsü çərçivəsində kiçik təsərrüfatı olan fermerlər öz sahələrində əldə etdikləri məhsulların bazara çıxarmaq imkanı əldə edirlər. Burada söhbət məhsulların qablaşdırılmasından, şəhərə çatdırılmasından, onların "Kənddən Şəhərə" marketində satışının təşkil edilməsindən gedir. Bu sahədə dövlətlə əməkdaşlıq “Public Private Partnership” konsepsiya üzərində qurulur", - deyə T. Qafarbəyli qeyd edib.

OXŞAR XƏBƏRLƏR