• İQTİSADİYYAT

    11:15 15 mart 2019

Cavid Qurbanov: Sabunçu stansiyası mayın 10-da açılacaq

"Azərbaycan Dəmiryolları" QSC bu ilin mayında Sabunçu stansiyanın açılışını edəcək". ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov Bakı dairəvi istiqamətində həyata keçirilən işlər barədə danışarkən bildirib.

C. Qurbanov vurğulayıb ki, sözügedən stansiyanın açılışı mayın 10-da baş tutacaq.

Sabunçudan Bakının mərkəzinə qədər ikinci marşrut açılacaq. Lakin Sabunçudan Sumqayıta qədər olan məsafədə işlər ilin sonuna yekunlaşacaq. Bunun üçün qatarlar sifariş edilib: “Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə on dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək".

C. Qurbanov onu da qeyd edib ki, Abşeron dairəvi dəmiryolu xəttində aparılan işləri əvvəllər bir-iki aya başa çatdırılacağı planlaşdırılsa da orada işlərin həcmi çox olduğundan layihə bir qədər gec bitəcək: “Burada çox yerlərdə konfliktli toqquşmalar, kəsişmələr var. Maşınlarla dəmiryolu xəttinin kəsişməsini götürmək üçün çalışırıq ki, bütün keçidlər yeraltı olsun. Bununla təhlükəsizliyi və rahatlığı təmin etməyə çalışırıq".

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR