• İQTİSADİYYAT

    13:33 1 may 2019

"Cənub" Elektrik Stansiyası təmir edilir

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında ötən ilin iyul ayının 3-də baş verən qəza və bunun nəticəsində enerjisistemin çökməsi, Şirvan şəhərində yerləşən ölkənin ikinci böyük elektrik stansiyası olan "Cənub" Elektrik Stansiyasındakı 2 ədəd 330 kV-luq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olub.

ONA-nın "Azərenerji" ASC-yə istinadən verdyi məluamata görə, sıradan çıxan, gərginliyi 330 kV, 220 kV və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək "Cənub" Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Nəticədə, 330 kV və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb.

Hazırda "Cənub" Elektrik Stansiyasında su durulducu hovuz və dövran nasosları təmir edilir ki, bu da su sızmasının qarşısını almaqla etibarlığın artırılmasına xidmət edəcək. Yaxın günlərdə isə 110 kV-luq qapalı paylayıcı qurguda bərpa işlərinə başlanılacaq.

Hazırda "Cənub" elektrik stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 25 km məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sitemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 mln. kVt-saat elektrik enerjisinə qənaət edilərək həmin 7 mln. kVt-saat elektrik enerji yükü ümumi sistemə ötürüləcək.

Paralel olaraq hazırda "Cənub" Elektrik Stansiyasından "Xırdalan" yarımstansiyasına 108 km məsafədə 220 kV-luq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkilir və işlər yekunlaşmaq üzrədir.

Qeyd edək ki, "Azərenerji"nin ötən ilin payızından sonra "Reabilitasiya Proqramı" çərçivəsində "Cənub" Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işlər nəticəsində stansiyanın gücü 520 MVt-dan 720 MVt-ya qaldırılıb və bununla da 200 MVt itirilmiş güc bərpa olunub.

Emil

Teqlər:

SON XƏBƏRLƏR