• İQTİSADİYYAT

    16:11 13 may 2019

Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərclərinə 17 mln. dollar sərf olunub

Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat xərcləri və 17 milyon dollar əsaslı xərclər sərf edilib.

BP-dən ONA-ya verilən məlumata görə, rüb ərzində CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 30 milyon kubmetrdən çox təşkil edib.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR