"İki ölkə arasında ticarət dövriyyəsinin azalması beynəlxalq bazarda qiymətlərin dəyişməsi ilə bağlıdır".
ONA-nın məlumatına görə, bunu Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçek jurnalistlərə açıqlamasında bildirib.
"Həmçinin bizim Azərbaycanda bəzi layihələrimiz vardı ki,onların müddəti artıq bitib" - deyə Vondraçek əlavə edib: "Mən deyərdim ki, indi bizim əlaqələrimizdə yenilənməyə ehtiyac var və bu səfərin məqsədi də elə budur".
Vondraçek qeyd edib ki, Bakıda keçirdiyi rəsmi görüşlərdə yeni spesifik layihələr barədə müzakirələr aparıb: "Dəyişən qiymətlər və sona çatan layihələr ticarət dövriyyəsinin azalmasına səbəb olsa da, düşünürəm ki, iki ölkə arasında əlaqələr müsbət istiqamətdə inkişaf edir".