• İQTİSADİYYAT

    16:00 7 may 2019

Çinin valyuta ehtiyatları son altı ayda ilk dəfə azalıb

Apreldə Çinin valyuta ehtiyatları son altı ay ərzində ilk dəfə olaraq azalıb.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin Xalq Bankının göstəricilərinə əsasən, apreldə valyuta ehtiyatları 3,81 mlrd. dollar azalaraq 3,095 trln. dollara çatıb. Halbuki analitiklər ehtiyatların orta hesabla 1,24 mlrd. dollar artaraq 3,1 trln. dollara çatacağını proqnozlaşdırırdı.

Ötən ay yuanın dollarla qarşı məzənnəsi 0,3% azalıb. İlin əvvəlindən isə yuan dollara qarşı 1,6% möhkəmlənib. Lakin Vaşinqton və Pekin arasında bu yaxınlarda yaşanan gərginlik Çinin milli valyutasına mənfi təsir edib.

Qeyd edək ki, ötən il yuanın dollara qarşı məzənnəsi 5,3%, Çinin valyuta ehtiyatları isə 67,24 mlrd. dollar azalıb. Aprel ayının sonuna Çinin qızıl ehtiyatlarının dəyəri 78,525 mlrd. dollardan 78,35 mlrd. dollaradək azalıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR