"ConocoPhillips Exploration Azerbaijan Ltd" şirkəti Azərbaycanda filialının ləğvi ilə bağlı elan verib.
ONA-nın Verqilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, filialın bağlanması ilə əlaqədar "ConocoPhillips Exploration Azerbaijan Ltd" iki ay ərzində kreditorlardan tələblərini qəbul edəcək.
Qeyd edək ki, SOCAR və "ConocoPhillips Exploration Azerbaijan Ltd" 2011-ci ilin iyul ayında yeni perspektiv strukturların aşkarlanması və gələcək axtarış-kəşfiyyat işlərinin perspektiv istiqamətlərinin müəyyən olunması məqsədi ilə "Azərbaycan Respublikası ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi" imzalayıb.
Hazırda "ConocoPhillips" Azərbaycanda neft-qaz layihələrdə iştirak etmir.