• İQTİSADİYYAT

    10:11 15 aprel 2019

Bu həftə Azərbaycanda daşınmaz əmlaka dair kağız çıxarışların verilməsinə son qoyulacaq

Aprelin 18-dən daşınmaz əmlaka dair çıxarışların verilməsi elektron müstəviyə keçəcək və bununla da kağız çıxarışların verilməsinə son qoyulacaq.

Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, bununla bağlı qurum tərəfindən “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda ictimai təqdimat keçiriləcək. Tədbirin məqsədi operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Tədbirdə Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və əmlak ekspertləri iştirak edəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR