Bu ilin may ayında Hindistanın büdcəli aviaşirkəti olan “IndiGo Airlines” Dehli və Mumbay şəhərlərindən Bakıya birbaşa aviareyslər açacaq. Etibarlı mənbədən ONA-ya verilən məlumata görə, hazırda Azərbaycan və Hindistan tərəfləri uçuşların sayı və günləri məsələlərini müzakirə edir.
Qeyd edək ki, “IndiGo Airlines”ın aviaparkı “Airbus” təyyarələrindən ibarətdir.