Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti iyunun əvvəlindən etibarən Dəmmam şəhərindən Bakıya birbaşa uçuşlara başlayır. Bu barədə ONA-ya “Flynas”ın Azərbaycanda rəsmi təmsilçisi olan "Khazar Travel" şirkətindən bildirilib.
Şirkətdən verilən məlumata görə, Dəmmamdan Bakıya uçuşlar iyunun 6-dan etibarən başlayacaq və hər həftənin II, IV, VI və VII günləri yerinə yetiriləcək: "Uçuşlar "Airbus 320" təyyarəsi ilə həyata keçiriləcək. Dəmmamdan Bakıya təyyarə yerli vaxtla saat 8:00-da, əks istiqamətdə isə saat 13:10-da havaya qalxacaq. Hazırda bir biletin minimal qiyməti 680 manat təşkil edir".