• İQTİSADİYYAT

    12:17 4 mart 2019

Depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracında keçirilib.

AMB-dən ONA-ya verilən məlumata görə, AMB depozit hərracında 350 mln. manat cəlb edib.

Keçirilən növbəti depozit hərracında tələb 985,3 mln. manat olub ki, bununla da tələb təklifi 2,8 dəfə üstələyib.

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR