"Dərnəgül" istiqamətində 3 yeni (şərti adları Y-1, Y-2 və Y-3) metro stansiyası inşa ediləcək. Bu barədə ONA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, Y-3 stansiyası "Koroğlu" stansiyası ilə keçid stansiyası olacaq və bu stansiyaların tikintisindən sonra xətlərdə sərnişinlərin bərabər proporsiyaya uyğun paylanması məsələsi öz həllini tapacaq.
“Belə ki, "Koroğlu" stansiyasından sərnişinlər artıq iki istiqamətə bölünə biləcəklər. Məsələn, "Elmlər Akademiyası" istiqamətində gedənlər yeni tikiləcək Y-3 stansiyasından, qırmızı xətt üzrə ("İçəri Şəhər" istiqamətində) gedən sərnişinlər isə keçəcəklər "Koroğlu" stansiyasına. Belə bir dairəvi xəttin iri şəhərlər üçün olduqca böyük əhəmiyyəti var”, - deyə B. Məmmədov bildirib.