• İQTİSADİYYAT

    11:26 14 mart 2019

DGK: Azərbaycanda hibrid maşınlarına yanaşma fərqli olacaq

Hibrid maşınlardan gələcəkdə Azərbaycanda da geniş istifadə olunacaq. ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, xidmət genaral-mayoru Mirqasım Vahabov deyib.

O bildirib ki, elektrik enerjisi ilə işləyən maşınlar dünyada çox istifadə olunur və qənaətlidir.

Xarici ölkələrdə xüsusi yerlər var ki, hibrid maşınlar üçün ödəniş etmirlər. Bu maşınlar ekoloji cəhətdəb tənizdir, sürəti də yaxşıdır.

M. Vahabov deyib ki, ölkədə hələ də hibrid maşınlardan istifadə olduqca azdır. Amma gələcəkdə istifadəçilərin sayı artacaq və yanaşmalar da fərqli olacaq.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR