Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 200-ə yaxın biznes subyektə həm idxal, həm də ixracdan istifadə etməkdə ölkədə istehsal olunan malların keçidinin sürətlənməsi üçün kifayət qədər şərait var. ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK-nin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, xidmət general-mayoru Mirqasım Vahabov deyib.
O bildirib ki, cari ilin fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq olunur: "Biznes subyektləri malı qeydiyyatdan keçirməyə 1 saat qalmış gömrük orqanlarına bəyannamə təqdim etməlidir. Hazırda "yaşıl dəhliz" buraxılış sistemindən istifadə edənlər qaydalara əməl edir. Əgər qaydalara əməl etməyənlər olarsa, onlar qanunla məsuliyyət daşıyacaqlar. Həmçinin qeyd edim ki, biznes subyektləri bu sistemdən istifadə etməkdə maraqlıdır. Onlar bu barədə ərizə ilə komitəyə müraciət edirlər. Ərizələr araşdırılır və qaydalara uğundursa həmin biznes subyektlərə icazələr verilir".
M. Vahabov onu da bildirib ki, görülən tədbirlər və islahatlar xarici fəaliyyət iştirakçılarına, insanların rahatlığına hesablanıb: "Gələcəkdə tədbirlər davam etdiriləcək və yeni tədbirlər planı hazırlanacaq".