• İQTİSADİYYAT

    18:19 13 mart 2019

DGK Qərb Ərazi Baş Gömrük İdarəsi: “Gələcəkdə tam fərqli formata keçməyi düşünürük”

“Mazımçay gömrük postundan keçən sürücülərin də təkliflərini alırıq, çünki işin içində biz və onlar var. Sürücülərdən yaxşı, kreativ ideyalar çıxır”.

ONA xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna media-tur zamanı Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev deyib.

O bildirib ki, sürücülərin problemlərini bu gün həll edə bilməsələr də, zamanla buna nail olunur: "Bu, son vaxtlar etdiyimiz məhsuldar metoddur, sürücülərlə birlikdə komanda şəklində daha irəli gedə bilirik".

Keçmişlə müqayisə aparan rəis müavini deyib ki, əvvəllər bir TIR malın yazılması üçün 15-20 dəqiqə vaxt lazım idisə, indi 5 dəqiqəyə yazıb yola salınır: "Amma bir TIR-ın içində 20 adda məhsul olanda, onda onları yazmaq üçün 20 dəqiqə vaxt lazım olur. Bu sahədə də işlər gedir, həm bizim, həm də sürücülər tərəfindən təkliflər verilib. Düşünürük ki, növbələr olmasın deyə, bu prosesləri tez həll edək və təyinat orqanlarına yükləyək ki, onsuz da mal gedib orda qalır. Belə olsa, vaxt da az olar".

A.Mehdiyev “Azərpoçt”la əlaqəli işlərdən də danışıb. Onun sözlərinə görə, gömrükdə bütün prosedurları keçdikdən sonra yol vergisi və ya digər icazə blankı ödənməlidir. Gömrük orqanlarında bütün proseslər bitdikdən sonra bunu “Azərpoçt”un filialları həyata keçirir: "Biz burda, sadəcə, tövsiyə xarakterli müdaxilə edə bilərik. Amma gələcəkdə tam fərqli formata keçməyi düşünürük ki, bu bankomat və ya elektron sistem ola bilər. Məqsədimiz odur ki, insan faktoru aradan qalxsın. Cihazlar vasitəsilə ödənişlər birbaşa dövlət büdcəsinə gedəcək, bu da daha operativ olacaq. Bunun üzərində iş gedir".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR