"Yaşıl dəhliz" buraxılış sistemi üzrə müraciətlərin sayı açıqlanıb.
ONA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Cavad Qasımov bildirib ki, bu günə kimi ixrac əməliyyatları üzrə 101, idxal əməliyyatları üzrə isə 140 müraciət daxil olub. “Yaşıl dəhliz” buraxılış sistemi üzrə daimi istifadə hüququ əldə etmiş xarici ticarət iştirakçılarının sayı 193-dür.