“Ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlər keçirilib və ziyanla əlaqədar ilkin məlumatlar alınıb”.
ONA-nın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakının Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilən müşavirədə söyləyib.
İqtisadiyyat naziri deyib ki, sahibkarlara bir neçə istiqamətdə ilkin dövlət dəstəyi göstəriləcək: “Müəyyən halda güzəştli kreditlərdən istifadə ilə bağlı mexanizm üzərində də işlənilir. Sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində də işlər aparılır”.