• İQTİSADİYYAT

    16:46 29 mart 2019

“Diqlas” ticarət mərkəzində yanğından zərər çəkmiş sahibkarlara güzəştli təkliflər hazırlanıb

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif hazırlanıb. İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, sahibkarlara aşağıda göstərilən ticarət obyektləri təklif olunub:

- Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50100 kv. m arasında dəyişən 30 mağaza. Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297-11-11),
- Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796-55-55),
- “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar. Əlaqələndirici şəxslər: Fərid Mahmudov (tel: 050 211-81-89) və Qabil Nəhmədov (tel:050 213-33-68),
- AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər). Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313-81-18),
- S.Vurgun küçəsində yerləşən “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725-06-60)
İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255-80-07).

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR