• İQTİSADİYYAT

    12:49 2 aprel 2019

"Diqlas"da yanğından zərər çəkənlərin kreditlərinin restrukturizasiyası barədə qərar qəbul edilib

"AccessBank"ın İdarə Heyəti "Diqlas" ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər çəkən müştərilərinin kreditlərinin restrukturizasiyası barədə qərar qəbul edib. Bankdan ONA-ya verilən məlumata görə, yanğın baş verəndən sonra bankda müvafiq komissiya yaradılıb.

"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, yanğın nəticəsində zərər çəkən müştərilərin kreditlərinin restrukturizasiyası barədə qərar həmin komissiyanın topladığı məlumatlara əsasən qəbul edilib.

"Qərara əsasən, 2019-cu ilin aprelin 2-dən etibarən maddi zərərlə üzləşmiş müştərilərin cari mikro kreditlər üzrə 6 ayadək güzəşt müddəti verilə bilər. Güzəşt müddəti ərzində illik faiz dərəcəsi 10% təşkil edəcək. Qeyd edim ki, komissiya işini davam etdirir və toplanan məlumatlar əsasında biz gələcəkdə əlavə güzəştlərin edilməsini də nəzərdə keçirə bilərik", - deyə A. Həsənov bildirib.

İdarə Heyətinin sədri onu da qeyd edib ki, bankın təklif etdiyi güzəştdən 31 sahibkar faydalana bilər. Restrukturizasiya olunacaq portfelin həcmi 200 min manatdan çoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb. Yaxın vaxtda sahibkarlara kompensasiyaların ödənilməsinə başlanılacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR